Son zamanlar insanlar arasında halsızlıq və baş ağrıları kimi simptomlar müşahidə olunur. Hətta bununla bağlı həkimə müraciət edənlərin sayı da az deyil. Bəs bu hal nə ilə bağlıdır?

Sualımızı ATU-nun tibb üzrə fəlsəfə doktoru İlqar Tahirov cavablandırdı. Mütəxəssisin sözlərinə görə, məlum simptomların səbəbi fəsil dəyişkənliyi ilə əlaqədardır.

“Yaydan –payıza doğru keçid olduğu üçün damarlarda sıxılma, sinirlərin gərginləşməsi, immunitetin düşməsi kimi faktlar qeydə alınır. Bu gərginliklər isə müxtəlif patalogiyalar ortaya çıxara bilər. Məsələn, maddələr mübadiləsi pozulur, qidalanma və iştaha zəifləyir, tənəffüs sistemində müəyyən narahatlıqlar olur.

Həmçinin, hazırda maqnit qasırğası da qeydə alınır. Atmosferdə azon təbəqəsində yaranan dəliklər, təbii ki maqnit sahəsini də artırır. Ona görə bunu da digər bir səbəb kimi göstərmək olar.”

Həkim son olaraq bildirdi ki, sinir sistemini qorumaq, immuniteti möhkəmləndirmək, mövsümi meyvələrdən, qidalardan istifadə etmək bu kimi halların qarşısının alınmasında mühüm rol oynayır.

Aynur Hökmürəvan