Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 465 nəfərdir.

Ölkədə son sutka ərzində 2 518, hazırkı dövrədək isə 7 280 330 test aparılıb.