Somalidə "Əş-Şəbab" terror təşkilatı üzvlərinin hotelə hücumu nəticəsində 3 əsgər ölüb, 27 nəfər yaralanıb.

İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, hücum zamanı 3 əsgər həyatını itirib, 3-ü millət vəkili, 9-u əsgər olmaqla 27 nəfər yaralanıb. Hücumdan sonra başlayan qarşıdurmada 5 terrorçu zərərsizləşdirilib.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.