"Əş-Şəbab" terror qruplaşması Somalinin paytaxtında hərbi bazada təlim missiyası zamanı Birləşmiş Ərəb Əmirliklərinin üç əsgəri və bir Bəhreyn zabitinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "AP" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Hücum nəticəsində daha iki nəfər yaralanıb.

Qeyd edilib ki, şənbə günü reallaşan hücum Moqadişudakı General Qordon hərbi bazasındakı əsgərləri hədəf alıb. Hücumun təfərrüatları barədə hələlik məlumat verilmir.