Piratlar Somalidə ticarət gəmisinə nəzarəti ələ keçiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya Gəmiçilik Təşkilatından (UKMTO) bildirilib. 

Verilən açıqlamaya görə, Somalinin paytaxtı Moqadişu sahillərində gəmiyə pirat hücumu təşkil edilib. Dəniz quldurlarının hücumu nəticəsində gəmiyə nəzarətin ələ keçirildiyi qeyd edilərkən, neçə nəfərin saxlanıldığı barədə məlumat paylaşılmayıb.

Təxminən 10 ildir pirat hücumlarının müşahidə olunmadığı Somali sahillərində son aylarda ticarət gəmilərinə hücumlar artıb.