"Ukraynanı dəstəkləyən ölkələr Rusiya ilə müharibə vəziyyətində deyillər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Berlində Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Task ilə birgə mətbuat konfransında Şolts qeyd edib ki, Almaniya, Fransa və Polşa Ukraynanın ən böyük siyasi, hərbi və maliyyə dəstəkçilərindən biridir: "Biz Ukraynanın tərəfindəyik. Bunu əvvəldən açıq şəkildə bildirmişik və bu, nə qədər lazımdırsa, tətbiq olunacaq. Aydındır ki, biz Ukraynanı dəstəkləyirik. O da aydındır ki, biz Rusiya ilə müharibə aparmırıq".

Bundan əvvəl Şolts dəfələrlə bəyan edib ki, o, nə Almaniyanın, nə də NATO-nun Ukraynadakı münaqişənin tərəfinə çevrilməməsi üçün əlindən gələni edəcək.