Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə, eyni zamanda, cari ilin aprel ayında SDU və “SOCAR Downstream Management” MMC arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin icrasına dair müzakirələr aparılıb.

Daha sonra SOCAR-ın törəmə müəssisələri olan “Petkim” neft-kimya kompleksində və STAR neft emalı zavodunda, habelə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Yay təcrübə proqramı”na seçilən tələbələrə təbrik məktubları təqdim edilib.

Görüşdə, həmçinin istehalat və tədris müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Sonda SDU-nun tədris poliqonunda təhsil müddətində əldə olunan nəzəri biliklərlə yanaşı, sənayedə tətbiq edilən avadanlıqlarla praktiki tanışlıq məqsədilə “SOCAR Downstream Management” MMC tərəfindən hədiyyə edilən avadanlıqlara baxış keçirilib.