Sinqapurda narkotik alverində təqsirli bilinən Saridewi Djamani ölkədə son 20 ildə edam edilən ilk qadın olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, 2018-ci ildə narkotik ticarəti ilə bağlı edam cəzasına məhkum edilən Saridewi Djamani adlı qadının iyulun 28-də edam ediləcəyi bildirilib.

Açıqlamada Sinqapurda ölüm cəzasını gözləyən iki qadından biri olan Djamanin ifadə verərkən narkotik maddə qəbul etdiyi və bu səbəbdən polisə düzgün izahat verə bilmədiyi iddia edilib.

Sözügedən edam ölkədə 2004-cü ildən bəri ilk qadın edamı olacaq.

COVID-19 səbəbiylə edamların dayandırıldığı Sinqapurda epidemiyadan sonra 13 nəfər edam cəzasına məhkum edilib.