Şimali Koreya İspaniya, Honq-Konq və bir sıra Afrika ölkəsi də daxil olmaqla, dünya üzrə ondan çox səfirliyini bağlayacaq.

Bu barədə İqtisadiyyat.az "NBC News"a istinadən xəbər verir.

Məlumata görə, Şimali Koreyanın diplomatik nümayəndəliklərinin bağlanması beynəlxalq sanksiyalar, Pxenyanın qlobal qarşılıqlı fəaliyyətdən imtina etmək meyli və ölkə iqtisadiyyatının zəifləməsi ilə bağlıdır.

 

Gözəl Həşimova