Azərbaycanda bu ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,8% və 19% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə bu ilin yanvar-may aylarında 647,4 mln. sərnişin daşınıb. Hesabat dövründə "Bakı Metropoliteni" 91,8 milyon sərnişin daşıyıb.

Cari ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 966,4 min sərnişin daşınıb. Eyni zamanda, qatar ilə 2704 min, gəmi ilə 8,6 min sərnişin daşınıb.