Ələt-Astara magistral yolunda iki yük avtomobili toqquşub. 

İqtisadiyyat.az xəbər verir ki, hadisə yolun Biləsuvardan keçən hissəsində qeydə alınıb. 

"TIR"la "Səba"nın toyuq əti satışında istismar olunan yük avtomobili toqquşub. 

Qəzada həyatını itirən satış ekspetiteri Lənkəran şəhər, Port qəsəbəsinin sakini, 1995-ci il təvəllüdlü Əsgərli Vüqar Heyrət oğludur. 

Sürücü, Lənkəran rayon sakini, 1965-ci il təvəllüdlü Salahlı Tofiq Abbas oğlu xəsarət alıb. 

Xəsarət alan şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yaralının vəziyyəti qənaətbəxşdir.