Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət apararkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb.

Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.