"Gənclər arasındakı işsizliyin ümumi göstəricidən artıq olması təbii haldır".

İqtisadiyyat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu, dünyada olan bütün ölkələr üçün xarakterikdir: "Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”.