Paytaxt Bakı başda olmaqla, respublika ərazisində tez-tez sahibsiz heyvanların insanların həyatına problemlər yaratdığının şahidi oluruq. Qeyri-rəsmi statistikaya görə, hazırda Bakıda 500 mindən çox sahibsiz it var. Gələn şikayətlərə əsasən, paytaxtda və şəhərətrafı qəsəbələrdə sahibsiz heyvanların, o cümlədən itlərin sayı günbəgün artmaqdadır.

Səhiyyə Nazirliyinin məlumatına görə, respublika ərazisində 2023-ci ilin altı ayı ərzində 2 minə yaxın şəxs sahibsiz heyvan hücumuna məruz qalıb ki, bunun da 90 %-ni it dişləmələri təşkil edir.

Mövzu ilə bağlı ARB TV-nin "Günə doğru" verilişi itlərin hücumundan zərər görənlərlə heyvansevərləri üz-üzə gətirib. Masazır sakinləri sahibsiz küçə itlərinin əlindən küçələrə çıxa bilmədiklərini deyirlər. Heyvansevərlər isə hesab edir ki, küçə heyvanlarının aqressivliyi adətən insanların kobud münasibətindən qaynaqlanır. 

İqtisadiyyat.az sözügedən süjeti təqdim edir: