"Bu ilin 11 ayında Bakıda 194 min manatdan çox gecikdirilmiş vəsaitin işçilərə ödənilməsi təmin edilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Sadiq Əliyev "Sosial saat"da deyib.

O bildirib ki, bildiriş daxil olan müraciətlərin içərisində əmək müqaviləsinə düzgün xitam verilməməsi halları da olub.

"42 nəfərin işə bərpası təmin olunub" - deyə o bildirib.