Şabran rayonunda intihar hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.

Rayon sakini, 1994-cü il təvəllüdlü Atamoğlanov Elçin Bəhruz oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.