Sabirabadda minik maşını traktorla toqquşub, sürücü ağır xəsarət alıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Bulduğ kəndində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil traktorla toqquşub.

Nəticədə minik maşınında olan Bulduq kənd sakinləri, 1977-ci il təvəllüdlü Musayev Ramin İsmət oğlu və sürücü, 1986-cı il təvəllüdlü Əliyev Tural Vahid oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

Vəziyyəti ağır olan sürücü əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.