Aİ 95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, telegram kanallarının məlumatına görə, ucuzlaşma sabahdan olacaq.

Hazırda Aİ 95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.

Qeyd edək ki, Aİ 95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Azərbaycanda Aİ 95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.//apa