Türkiyənin aprel ayında neft və neft məhsulları idxalı aprel ayında keçən ilin eyni ayına görə 18,7% artaraq 4 milyon 200 min 888 tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun aprel ayı “Neft Bazarı Sektoru Hesabatı”nda deyilir.

Məlumata görə, bu dövrdə dizel növlərinin idxalı 1,72% artaraq 1 milyon 75 min 992 tona çatıb.

Ən çox xam neft və neft məhsulları idxalı 2 milyon 705 min 897 ton ilə Rusiyadan, 492 min 602 ton ilə İraqdan və 249 min 95 ton ilə Qazaxıstandan olub.

 

Gözəl Həşimova