Sabah ilk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə gedəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
"İlk zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşəcək, 08:45-də isə Səudiyyət Ərəbistanına çatacaq. İlk zəvvar qrupunda 180 nəfər olacaq. Sabah 180 nəfərlik ikinci zəvvar qrupu isə 16:35-də yola düşəcək", - məlumatda qeyd olunub.