Sabah Moskvada Lavrovun Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə danışıqları keçiriləcək. Görüş zamanı Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.