Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında keçiriləcək "Mustafa Kamal Atatürk 2023" təlimi çərçivəsində Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Türkiyə və Azərbaycan quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək "Mustafa Kamal Atatürk 2023" təliminin oktyabrın 23-də başlayacağı açıqlanıb.

Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında yaydığı paylaşımda təlimdə iştirak edəcək F-16 təyyarələrinin Azərbaycana gəldiyini, görüntülərdə isə təlimin hazırlıq prosesinin qeydə alındığı anların yer aldığını açıqlayıb. Türkiyə döyüş təyyarələri Türkiyə və Azərbaycan bayraqlarını qaldırıb.