Rusiya ordusu Donetskin Vuhledar şəhərində ağır itki verərək geri çəkilməyə məcbur olublar.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi bu barədə məlumat paylaşıb. Kəşfiyyat məlumatlarına istinadən qeyd edilib ki, rus qüvvələri ən azı 30 zirehli texnikanı qoyaraq qaçmalı olublar.

Qeyd edək ki, ruslar yanvarın sonunda Vuhledarın qərbində hücumlara başlamışdılar.