Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev xarici agent kimi dövlətə xəyanətdə ittiham olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Ponomarev hazırkı hakimiyyəti və Rusiya prezidentini devirməklə hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlərə çağırış edib.

Məlumat üçün xatırladaq ki, o, 2014-cü ildə Kiyev rejimini fəal şəkildə dəstəkləyib və Krımın Rusiyaya birləşməsini açıq şəkildə pisləyib.

 

Əli Ağayev