Bu ilin birinci yarısında Rusiyadan Gürcüstana birbaşa investisiyaların həcmi 7 dəfədən çox artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, bu dövrdə Rusiya Gürcüstana 56,4 milyon dollar sərmayə qoyub. Halbuki, ötən ilin eyni dövründə ölkə Gürcüstana 7,9 milyon dollar investisiya yatırıb.

Hesabat dövründə Gürcüstana ən çox sərmayə yatıran ölkə isə Hollandiyadır (327,8 milyon dollar).

 

Gözəl Həşimova