Rusiyada 596,7 minə yaxın insan əlverişsiz hava şəraiti səbəbindən işıqsız qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Rusiya Federasiyasının regionlarında enerji təchizatında fasilə yaranıb. Energetiklər fövqəladə bərpa işlərini davam etdirirlər.

 

Gözəl Həşimova