Rusiyada son bir gündə daha 4 969 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 922 853nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 68nəfər artaraq 15 685-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 732 968 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 688 nəfər.report