Rusiyada son bir gündə daha 4 748 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 932 493 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 132 nəfər artaraq 15 872-yə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 742 628 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 693 nəfər.report