Rusiyada gələn il keçiriləcək prezident seçkiləri kampaniyasına 33,2 milyard rubl ayrılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu məbləği ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev açıqlayıb.

Məlumata görə, vəsaitin əsas hissəsi seçki komissiyalarının işinə yönəldiləcək - 32,8 milyard rubl.

Xatırladaq ki, 2018-ci ildə federal büdcədən prezident seçkilərinə 17,7 milyard rubl ayrılıb.

 

Gözəl Həşimova