Rusiyada son  24 saatda 5 mindən çox insan yeni növ koronavirusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyada son 24 saatda 5 min 642 nəfər COVİD-19-a yoluxub, 51 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib. Verilən məlumatlara görə, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 52 min 763-ə, təhlükəli virus səbəbilə ölənlərin sayı isə 456-ya çatıb.
Qeyd edək ki, bu günə qədər dünyada yeni növ koronavirus səbəbilə ölənlərin sayı 170 min 606, yoluxanların sayı isə 1 milyon 490 min 950 nəfər olub. 653 min 579 nəfər isə COVİD-19-a yoluxub.