Yanvarın 12-14-də Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşməyi planlaşdırır.


İqtisadiyyat.az xəbər verir ki, Rusiyalı İnsan Haqları üzrə məsul şəxs Tatyana Moskalkova paytaxt Moskvada jurnalistlərə açıqlamasında yanvarın 12-14-də Türkiyəyə səfər edəcəyini bildirib.

Türkiyədə keçiriləcək foruma müxtəlif ölkələrdən çoxlu sayda ombudsmanın qatılacağını bildirən Moskalkova, “(Ukrayna tərəfi ilə görüş) Biz belə bir görüşü planlaşdırırıq. Biz görüşün mümkünlüyünü və danışıqlarımızın mümkün aparıcı gündəliyini müzakirə edirik”.

Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitro Lubinets də Türkiyədə Rusiya tərəfi ilə görüşün planlaşdırıldığını bildirib.