Rusiya və Ukrayna məhbus mübadiləsini müzakirə edir, minə yaxın adam mübadilə oluna bilər.

Bu barədə Türkiyə ombudsmanı Şeref Malkoç məlumat verib.

Danışıqlar Malkoçun təşkil etdiyi görüşlər çərçivəsində aparılır.

“İştirak etdiyim görüşdə Ukrayna ombudsmanı 800 nəfərlik siyahını Rusiya tərəfinə, Rusiya ombudsmanı 200 nəfərlik siyahını Ukraynaya təhvil verib”, - deyə Malkoç "CNN Türk"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi məsələsi ilə bağlı 8 görüş keçirilib.