Yanvarın 17-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında keçirilməsi planlaşdırılan danışıqlar tərəflərin razılığı ilə sonrakı tarixə təxirə salınıb.

Bu barədə TASS-a Rusiya XİN-dəki mənbə bildirib.

Tərəflərin qarşılıqlı razılığı ilə danışıqlar daha sonrakı tarixdə baş tutacaq.