Rusiya prezidenti Vladimir Putinin dekabrın 7-də Moskvada İran prezidenti İbrahim Rəisi ilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Məlumata görə, prezidentlərin iqtisadi sahədə əməkdaşlığı, regional və beynəlxalq xarakterli bir sıra məsələləri, xüsusilə Qəzza zolağında baş verən son hadisələri müzakirə edəcəkləri gözlənilir.

 

Gözəl Həşimova