Rusiya hərbçiləri Donetskdə Alekseevka kəndi üzərində səmada Ukrayna Silahlı Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsini vurublar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan qəsəbə Kiyevin nəzarətində olan Donetskin qərb sərhədi yaxınlığında yerləşir.

Bundan əlavə, Rusiya hərbçilərinin Donetskin Vasilyevka qəsəbəsi ərazisində 21 Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirdikləri bildirilib.