2021-ci ildə Rusiya 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə İrana kredit verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ötən ilin sonunda İranın Rusiyaya altı milyon dollar borcu olduğu açıqlanıb ki, bu da 1990-cı illərin əvvəllərindən bəri qeydə alınan ilk borcdur.

Qeyd edək ki, sonuncu dəfə İranın Rusiyaya borcu təxminən otuz il əvvəl (1992-ci ildə) qeydə alınıb və 251,3 min dollar təşkil edib.