“Lukoyl”un törəmə şirkəti “Lukoyl-Nijnevoljskneft” Xəzər dənizindəki "R.U.Maqanov" və "Xəzri" yataqları üçün lisenziya alıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, hər iki sahə üzrə lisenziyalar dekabrın 20-də 2043-cü ilin sonuna qədər müddətə verilib.

Məlumata görə, 2022-ci ildə “Lukoyl” 48 milyard kubmetr qaz ehtiyatı olan “Xəzri” qaz-kondensat yatağını kəşf edib. 2023-cü ildə şirkət “Lukoyl”un təsisçilərindən biri olan Ravil Maqanovun adını daşıyan neft və qaz-kondensat yatağının ehtiyatlarını siyahıya alıb. Dövlət ekspertizasının nəticələrinə görə, balansa 8,4 milyon ton neft, 136,2 milyard kubmetr qaz ehtiyatı daxil edilib.

 

Gözəl Həşimova