"Rusiya tərəfi İrəvanla respublikanı risklərdən xəbərdar etmək üçün Qərb dövlətlərinin Moskvaya qarşı kursunda Ermənistanın iştirakını müzakirə edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Təəssüf ki, biz bu tendensiyanı çoxdan müşahidə edirik və bu haqda danışırıq. Biz erməni həmkarlarımız və tərəfdaşlarımızla, o cümlədən çox məxfi şəkildə yalnız bir məqsədlə danışırıq - xəbərdarlıq etmək" , - Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyanın bir sıra arqumentləri İrəvan tərəfindən qəbul edilib, “hətta müəyyən tədbirlər görülüb”.

Diplomat əlavə edib ki, Vaşinqton və bütövlükdə kollektiv Qərb əsrlər boyu xoş niyyətlər arxasında gizlənərək dövlətlərə və xalqlara alət kimi yanaşmaq üçün taktikadan istifadə edir.

“Əgər regionumuzda belə nümunələr olmasaydı, yəqin ki, ABŞ və kollektiv Qərbin bu taktikanı postsovet məkanına tətbiq etməyəcəyini düşünmək olardı ”, - Mariya Zaxarova qeyd edib.