"Rusiya Federasiyası Silahlı Qüvvələri gecə saatlarında Kiyev vilayətinin Pinçuki kəndi yaxınlığındakı aerodroma yüksək dəqiqlikli silahlarla hücum edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.

"Bu gecə Rusiya Federasiyasının Silahlı Qüvvələri Kiyev vilayətinin Pinçuki qəsəbəsi yaxınlığındakı aerodroma hücum edib. Zərbənin məqsədinə nail olunub", - o bildirib.

Konaşenkovun sözlərinə görə, zərbə yüksək dəqiqlikli uzaqmənzilli silahlarla həyata keçirilib.