"Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya unikal dövrlər yaşayır, daxildən keyfiyyətcə dəyişir və özünü təmin edən ölkəyə çevrilir".

İqtisadiyyat.az xəbər verir ki, bunu "Komsomolskaya Pravda" yazır.

"Rusiya daxildən keyfiyyətcə dəyişir, özünü təmin edə bilən, suveren və özünə inamlı olur. Zaman Rusiyanındır", - o, "Yeni zaman üçün güclü ideyalar" forumunun plenar iclasında çıxışı zamanı deyib.

Putinin sözlərinə görə, Qərb dövlətlərinin qarşısına qoyduğu Rusiyanı təcrid etmək məqsədləri iflasa uğrayıb.