Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun (RACF) VI sessiyasının iştirakçıları yekun bəyanat qəbul ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, sessiyada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Mərakeş, Fələstin, Yəmən, Bəhreyn, Sudan, Livan, Mavritaniya və Misirin xarici işlər nazirliklərinin rəhbərləri iştirak ediblər. 

Birgə bəyanatın əsas müddəaları aşağıdakılardır:

   Forum iştirakçıları Ukraynada BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə nizamlanmasının tərəfdarı olduqlarını bildirirlər;
   Tərəflər terrorizm və ekstremizmə qarşı mübarizəni gücləndirmək niyyətindədirlər;
   Nazirlər mübahisəli məsələlərin və böhranların sülh yolu ilə və hərtərəfli dialoq yolu ilə həllinin vacibliyini vurğulayırlar;
   Xarici siyasət liderləri Qəzzada fələstinlilərə qarşı müharibəyə haqq qazandırmaq cəhdini rədd ediblər;
   Tərəflər həmçinin İsraili Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa çağırırlar;
   Rusiya və ərəb ölkələri Suriyanın suverenliyini və birliyini qorumağa söz verirlər;
   Nazirlər Qırmızı dənizdə naviqasiya azadlığını dəstəkləyirlər;
   Forum iştirakçıları  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi ərəb üzvləri ilə Rusiya arasında ümumi maraqlara əsaslanan koordinasiyanı davam etdirməyə çağırırlar;
   Tərəflər BƏƏ-nin Təhlükəsizlik Şurasına üzvlük zamanı göstərdiyi səyləri yüksək qiymətləndirir və Əlcəzairin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini alqışlayırlar;
   Rusiya və ərəb ölkələri Liviyadakı problemlərin hərbi yolla həllini rədd edirlər, bütün xarici qüvvələrin, yaraqlıların və muzdluların bu ölkənin ərazisindən çıxarılmasının zəruriliyini bəyan edirlər.