Bu ilin yanvar-noyabr aylarında Rusiyadan Çinə 97,5 milyon ton neft ixrac edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 22% çoxdur. Hesabat dövründə neft tədarükünün dəyəri 55 milyard dollar təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1% çoxdur.

Bununla da Rusiya Çinin ən böyük neft tədarükçüsü olaraq qalır.

 

Gözəl Həşimova