İran, Rusiya və Çin yaxın həftələrdə birgə hərbi dəniz təlimləri keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib.

“İran Hərbi Dəniz Qüvvələrinin hazırkı vəziyyətdə ən mühüm strategiyası İslam quruluşunun və İran xalqının maraqlarını və iqtisadi resurslarını qorumaqdır”, - deyə Ş. İrani qeyd edib.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı həmçinin qeyd edib ki, Çin və Rusiyanın iştirakı ilə təlimlər martın 19-u keçiriləcək. O əlavə edib ki, birgə təlimlərə qoşulmaq üçün digər ölkələr də dəvət olunacaq.