Rusiyanın bu ilin yanvar-sentyabr aylarında federal büdcəsi 1,7 trilyon rubl kəsirlə, 19,73 trilyon rubl gəlirlərlə, 21,43 trilyon rubl xərclə icra edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Hesablama Palatasının federal büdcənin icrasına dair dərc etdiyi hesabatında deyilir.

Hesabat dövründə ölkənin dövlət borcu isə 2,65 trilyon rubl artıb.

Cari ilin yanvar-sentyabr aylarında federal büdcənin neft və qaz gəlirləri ümumi gəlirlərin 28,3%-ni təşkil edib.  Neft və qaz gəlirlərinin federal büdcə gəlirlərində payı 2007-ci ildən bəri ən aşağı səviyyəyə enib.

 

Gözəl Həşimova