Rusiyanın Terrorla Mübarizə Komitəsi 400-dən çox Ukrayna vətəndaşının Rusiya sərhədlərini keçməyə cəhd edərkən saxlanıldığını bildirib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun sədrliyi ilə Terrorla Mübarizə Komitəsinin iclasında diqqətə çatdırılıb.

İclasda bu il görülən işlər dəyərləndirilib və bildirilib ki, 400-dən çox ukraynalı nəzarət-buraxılış məntəqələrində yaxalanıb.

İclasda terror təhdidlərinə qarşı əlavə tədbirlərin görülməsinə qərar verilib.