Azərbaycanda alim ölüb.

İqtisadiyyat.az Ölkə.az-a istinadən xəbər verir ki, Azərbaycan milli Elmlər Akademiyasının ziya Bünyadov adına Şərqşünaslıq Unİnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) dünyasını dəyişib.

Onun 84 yaşı var idi. 

Alah rəhmət eləsin!

Qeyd edək ki, R.Quliyev 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Alimin 82 elmi əsərindən 35-i xaricdə çap olunub. 

Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biri idi.