Bu gün Misli Premyer Liqasında 6-cı tura start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Kəpəz"i qonaq edəcək.

Matç saat 19:30-da start götürəcək.

Misli Premyer Liqası

6-cı tur

13 sentyabr

19:30 Araz-Naxçıvan – Kəpəz

Baş hakim: Rəvan Həmzəzadə

Liv Bona Dea Arena