"Liverpul”un futbolçusu Harvi Elliot zədələnib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi İngiltərənin gənclərdən ibarət millisinin heyətində sıradan çıxıb. Onun ayaq sümüyündə sınıq aşkarlanıb. Futbolçu oktyabrın sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Harvi Elliot bu mövsüm “Liverpul”un heyətində bir oyuna çıxıb.