"Porto" klubunun prezidenti Andre Villas Boas klub tarixində ilkə imza atıb.

İqtisadiyyat.az xəbər verir ki, o, "şəffaf idarəetmə" səbəbiylə azarkeşlər və ictimaiyyət üçün transfer haqları, oyunçu maaşları, menecer komissiyaları və sair daxil olmaqla hər cür xərcləri ictimaiyyətlə bölüşəcəklərini açıqlayıb.

Qeyd edək ki, klub prezidenti maaş almaqdan da imtina edib.