Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Valeri Zalujnı vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib.

"Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edilib", - o, "Telegram" kanalında yazıb.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin yenilənməsini müzakirə etmək üçün görüşdüyünü bildirib.